ABŞ-dan avtomobil gətirmə

Əlaqə

+9951 666 00 34

ABŞ-dan avtomobil gətirmə

Amerikadan avtomobil gətirmək üzrə professional və təkmilləşmiş şirkət olan Turan Auto MMC sizə ideal təkliflər təqdim edir. Şirkətin öncəlikləri müştəri məmnuniyyəti və şəffaflıqdır. Bütün prosedurlar tam rəsmi şəkildə idarə olunur. Tərəflər arasında ABŞ-dan avtomobil gətirməklə bağlı "xidmət müqaviləsi" bağlanır. İkinci mərhələdə müştərimizin istədiyi avtomobil modeli üzrə axtarışlar aparılır. Aparılan axtarış nəticəsində müştərimiz üçün ideal dəyərləndirdiyimiz ən keyfiyyətli avtomobillər göndərilir. Bəyənilən avtomobillər Carfax olunur. Avtomobil keçmişi təmiz olduğu halda hərrac vasitəsi ilə oynanılır. Qazandığımız zaman müştərimizə xəbər verilir və avtomobilin yeni sahibi üçün invoys hazırlanır. Bu invoys vasitəsi ilə şəffaf şəkildə avtomobilin uduş dəyərini və Gürcüstanın Poti limanına təhvili daxil dəyəri birbaşa ABŞ-a ödənilir. Avtomobil gəldikdən sonra isə gömrük rəsmiləşdirilməsi, Potidən Bakıya gəlməsi üçün transfer ödənişi olunur.

  • AVTOMOBİL SEÇİMİ
  • MÜQAVİLƏNİN İMZALANMASI
  • AZƏRBAYCANA ÇATDIRILMA
  • İLKİN HESABLAŞMA
  • BANK VASİTƏSİLƏ BİRBAŞA ÖDƏNİŞ
  • GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ
AVTOMOBİL SEÇİMİ

Turan Auto şirkəti tərəfindən hərraclardan peşəkar səviyyədə müştərinin istək və büdcəsinə uyğun olaraq seçilir. Seçilən avtomobillər çox cüzi problemli olur. İstəyə əsasən ABŞ-dakı əməkdaşlarımız tərəfindən yerində ekspertiza xidməti göstərilir.

MÜQAVİLƏNİN İMZALANMASI

Bütün prosedurlar tam rəsmi şəkildə, hər iki tərəfin hüquq və vəzifələrinin qorunması əsasında müqavilə imzalanaraq icra olunur. Bu da işimizdə düzgünlük və şəffaflığa önəm verdiyimizin zəmanətidir.

AZƏRBAYCANA ÇATDIRILMA

ABŞ-dan avtomobil tam zəmanətli və sığortalı şəkildə Gürcüstanın Poti limanına çatdırılır və daha sonra avtodaşıyıcıya yüklənərək son təyinat nöqtəsinə daşınır. Avtomobilin təxmini çatdırılma müddəti 8-10 həftə aralığındadır.

İLKİN HESABLAŞMA

ABŞ-dan avtomobilin alınması ilə bağlı şirkətin mütəxəssisləri tərəfindən bütün xərclər haqqında hərracın başlanmasından əvvəl məlumat verilir. Çatdırılma, gömrük rəsmiləşdirilməsi və s. xərclərinin məbləği müştəriyə ötürülür.

BANK VASİTƏSİLƏ BİRBAŞA ÖDƏNİŞ

Avtomobilə görə ödəniş müştəri tərəfindən birbaşa olaraq ABŞ-a, hərracın hesabına ödənilir.

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

Avtomobilin gömrük rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının qüvvədə olan norma və tariflərinə uyğun həyata keçirilir. Gömrük rəsmiləşdirmə xərcləri xidməti Turan Auto şirkəti tərəfindən müştəriyə hədiyyə olunur.