TURAN AUTO

AZƏRBAYCAN

Uberə Qoşulma

Uber Parka qoşularaq asudə vaxtlarınızda əlavə olaraq gəlir əldə edə bilərsiniz. Uber Parka qoşulduqda sizin üçün parkımız tərəfindən mütəmadi olaraq həyata keçirilən kampaniyalardan yararlana bilərsiniz. Uberə qoşulduqda siz 7/24 fəaliyyət göstərən dəstək xidmətimizdən, tez bir zamanda qeydiyyatdan keçə, avtomobilinizə heç bir taksi nişanı əlavə etmədən fəaliyyət göstərə bilərsiniz. Uberdə daha çox gediş icra edərək bonuslardan yararlana və daha çox əziyyət çəkmədən qazanc əldə edə bilərsiniz.

Sürətli və operativ dəstək xidməti

Sürücülər Uber ilə bağlı istənilən suallarını bizə Whatsapp və İMO vasitəsi ilə yönləndirə bilərlər.

RAHAT VƏ SÜRƏTLİ QEYDİYYAT

Müraciət edən sürücülər lazımi sənədləri təqdim etdikdən qısa bir müddət ərzində, peşəkar komandamız tərəfindən Uberə qeydiyyat edirik.

AVTOMOBİLƏ TAKSİ NİŞANI ƏLAVƏ ETMƏYƏ EHTİYAC YOXDUR.

Biz UBER olaraq sürücülərimizə sərbəst iş qrafiki təklif edirik. Günün hansı və neçə saat işləməsi əməkdaşlarımız olan sürücülər tərəfindən təyin edilir.

MÜŞTƏRİ TƏLƏBATININ YÜKSƏK OLMASI

Qlobal şirkət olan Uber müştəri məmnuniyyətini öndə tutaraq yeni xidmətlər göstərir və bunun nəticəsində müştəri sayı kəskin formada artır. Ölkəmizə gələn turistlərin böyük bir qismi Uber xidmətindən istifadə edir.

ABŞ-dan avtomobil gətirmə

Amerikadan avtomobil gətirmək üzrə professional və təkmilləşmiş şirkət olan Turan Auto MMC sizə ideal təkliflər təqdim edir. Şirkətin öncəlikləri müştəri məmnuniyyəti və şəffaflıqdır. Bütün prosedurlar tam rəsmi şəkildə idarə olunur. Tərəflər arasında ABŞ-dan avtomobil gətirməklə bağlı "xidmət müqaviləsi" bağlanır. İkinci mərhələdə müştərimizin istədiyi avtomobil modeli üzrə axtarışlar aparılır. Aparılan axtarış nəticəsində müştərimiz üçün ideal dəyərləndirdiyimiz ən keyfiyyətli avtomobillər göndərilir. Bəyənilən avtomobillər Carfax olunur. Avtomobil keçmişi təmiz olduğu halda hərrac vasitəsi ilə oynanılır. Qazandığımız zaman müştərimizə xəbər verilir və avtomobilin yeni sahibi üçün invoys hazırlanır. Bu invoys vasitəsi ilə şəffaf şəkildə avtomobilin uduş dəyərini və Gürcüstanın Poti limanına təhvili daxil dəyəri birbaşa ABŞ-a ödənilir. Avtomobil gəldikdən sonra isə gömrük rəsmiləşdirilməsi, Potidən Bakıya gəlməsi üçün transfer ödənişi olunur.

AVTOMOBİL SEÇİMİ

Turan Auto şirkəti tərəfindən hərraclardan peşəkar səviyyədə müştərinin istək və büdcəsinə uyğun olaraq seçilir. Seçilən avtomobillər çox cüzi problemli olur. İstəyə əsasən ABŞ-dakı əməkdaşlarımız tərəfindən yerində ekspertiza xidməti göstərilir.

MÜQAVİLƏNİN İMZALANMASI

Bütün prosedurlar tam rəsmi şəkildə, hər iki tərəfin hüquq və vəzifələrinin qorunması əsasında müqavilə imzalanaraq icra olunur. Bu da işimizdə düzgünlük və şəffaflığa önəm verdiyimizin zəmanətidir.

AZƏRBAYCANA ÇATDIRILMA

ABŞ-dan avtomobil tam zəmanətli və sığortalı şəkildə Gürcüstanın Poti limanına çatdırılır və daha sonra avtodaşıyıcıya yüklənərək son təyinat nöqtəsinə daşınır. Avtomobilin təxmini çatdırılma müddəti 8-10 həftə aralığındadır.

İLKİN HESABLAŞMA

ABŞ-dan avtomobilin alınması ilə bağlı şirkətin mütəxəssisləri tərəfindən bütün xərclər haqqında hərracın başlanmasından əvvəl məlumat verilir. Çatdırılma, gömrük rəsmiləşdirilməsi və s. xərclərinin məbləği müştəriyə ötürülür.

BANK VASİTƏSİLƏ BİRBAŞA ÖDƏNİŞ

Avtomobilə görə ödəniş müştəri tərəfindən birbaşa olaraq ABŞ-a, hərracın hesabına ödənilir.

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

Avtomobilin gömrük rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının qüvvədə olan norma və tariflərinə uyğun həyata keçirilir. Gömrük rəsmiləşdirmə xərcləri xidməti Turan Auto şirkəti tərəfindən müştəriyə hədiyyə olunur.

Biznes

Öz biznesinizə başlamaq üçün ən ideal təklif ! Yüksək qazanc, itirmə şansı 0 % İstər sizin üçün ABŞ-dan gətirdiyimiz, istərsə də öz şəxsi avtomobilinizi bizə icarəyə verərək illik 6000-9000 AZN arası gəlir əldə edə bilərsiniz.

Sürətli və operativ dəstək xidməti

Sürücülər Uber ilə bağlı istənilən suallarını bizə Whatsapp və İMO vasitəsi ilə yönləndirə bilərlər.

AVTOMOBİL SEÇİMİ

Turan Auto şirkəti tərəfindən hərraclardan peşəkar səviyyədə müştərinin istək və büdcəsinə uyğun olaraq seçilir. Seçilən avtomobillər çox cüzi problemli olur. İstəyə əsasən ABŞ-dakı əməkdaşlarımız tərəfindən yerində ekspertiza xidməti göstərilir.

Reklam Yerləşdirmə

Reklam yerləşdirilməsi xidməti sizə avtomobillərimiz üzərində öz reklamınızı yerləşdirmə imkanı yaradır. Gündəlik oaraq 200-300 000 nəfər avtomobillərimiz üzərinə yerləşdirilən reklamı görür. Reklam həmçinin saytımızda və sosial media hesablarımızda paylaşılır. Ödəniş məbləği, aylıq 150 AZN, 3 aylıq 400 AZN, 6 aylıq 700 AZN, 1 illik 1200 AZN təşkil edir. 5 avtomobilə reklam yerləşdirilərsə, 1 avtomobilə reklam yerləşdirilməsi hədiyyə olunur. (Reklam yapışdırılma xidmət haqqı 40 AZN.)

Uberə qoşulmuş
Gətirilən maşın
İcarəyə verilən biznes
Fəaliyyətdə olan biznes
Yerləşdirilən reklam