Biznes ilə bağlı 8500-12000 AZN aralığında əsasən Toyota Prius, Honda Civic, Honda İnsight markalı avtomobillər sahibkarın öz adına 2 ay ərzində gətirilir. Gətirildikdən 3 gün sonra avtomobil iş fəaliyyətinə başlayır. Həmin avtomobil bizim şirkətimiz tərəfindən iş ilə təmin olunur. İlk öncə həmin avtomobilə bizim şirkətimiz tərəfindən sürücü təyin edilir.Təyin edilən sürücülər bir sıra özəl testlərdən keçmiş, eyni zamanda xüsusi referansa malik olurlar. Sürücülərdən əvvəlki iş həyatına dair nöqsanlarının olmadığını sübut edən xüsusi sənəd tələb edilir. Avtomobil sürücü ilə təmin edildikdən sonra iş fəaliyyətinə başlayır.
Turan Auto şirkəti Uberin Azərbaycanda ən böyük səmhdarlarından biridir. Avtomobil Uberdə fəaliyyətə başlayır. Avtomobilə Uberin reklamı yerləşdirilir və buna görə də sifariş öncəliyi həmin avtomobildə olur. Sahibkar olaraq siz əlavə heç bir şey etmədən aylıq minimum 500 AZN, maksimum isə 750-1000 AZN aralığında gəlir əldə edirsiniz. Turan Auto şirkətinin fəaliyyət statistikasına əsasən sahibkarlara qazandırdığı məbləğ 500 AZN-dən aşağı olmamışdır. Sürücünün şirkətə ödədiyi rüsum 20% təşkil edir. Sahibkar olaraq siz, şirkətimizlə əməkdaşlıq etməyə başladığınız zaman avtomobillərə GPS yerləşdirilir. Ofisdən avtomobillərə GPS vasitəsi ilə nəzarət edilir. Avtomobiəl 100km/s sürət limitini keçdiyi zaman bizə bununla bağlı bildiriş göndərən xüsusi cihaz yerləşdirilir. Sürücü hər hansı bir qayda pozuntusuna yol verərsə, bununla bağlı dərhal cəza tədbirləri görülür. Sürücünün iş qrafikinə şirkət nəzarət edir və sahibkar bununla bağlı heç bir məsuliyyət daşımır. Sahibkara birbaşa olaraq sürücünün qazancı, avtomobilin qət etdiyi məsafə, sərf etdiyi yanacaq və bunun kimi məlumatları özündə cəmləşdirən aylıq audit hesabat verilir. Eyni zamanda sahibkara Uberin Admin panelindən də audit hesabat verilir. Bildiyiniz kimi Uberin Admin paneli Avropaya bağlıdır və məhz buna görə də heç bir dəyişiklik etmək mümkün deyildir. Buna görə də bütün məlumatlar tam şəffaf şəkildə sahibkara təqdim edilir. Audit hesabat sahibkarın istəyi əsasında 1-2 saat öncədən məlumat verildiyi təqdirdə sahibkara göndərilir. Sürücülərə özəl olaraq Azpetrol kartları təqdim edilir. Şirkətimizin icazəsi olmadan avtomobilə əlavə yanacaq doldurulmur. Avtomobillərə tam nəzarət olunur. Digər şirkətlərdən fərqli olaraq avtomobillər bizim şirkət tərəfindən birbaşa olaraq kasko sığortalanır. Baş verəcək hər hansı bir qəzaya görə sahibkar məsuliyyət daşımır. Belə ki, həmin anda şirkətmizin bu sahə üzrə əməkdaşı hadisə yerinə yönəldilir.
Maliyyə və hüquq işlərimiz birbaşa Azərbaycanın ən böyük consulting şirkətlərindən olan Varidat Consulting şirkəti tərəfindən idarə edilir. Sahibkarla və sürücülərlə müqavilə bağlanılır və hər şey hüquq çərçivəsində həyata keçirilir. Müqavilədə qeyd olunduğu kimi sahibkar 3 gün öncədən məlumat verməklə avtomobilini istədiyi vaxt geri götürə bilər.
Bu sistem Azərbaycanda yalnız Turan Auto şirkətində mövcuddur. 1000-dən çox sahibkar Turan Auto şirkəti ilə əməkdaşlıq edir. Ümumi olaraq siz bu bizneslə məşğul olaraq heç nə itirmirsiniz əksinə, yüksək qazanclı biznes sahibi olursunuz.